Oyun oynamaq istəyir...
İtlər oyun oynamaq istəyəndə təbii olaraq çox xoşbəxt görünür, özünü çox rahat aparır. Ağzı açıq formada xoşbəxt bir ifadə ilə sizin gözlərinizin içinə baxır və sizi oyun oynamağa dəvət etmək üçün bir neçə dəfə hürür. Özünü əlindən gəldiyi qədər şirin göstərməyə çalışır. Ətrafınızda qaçır və qulaqlarını endirib qaldırır. Tez-tez sizə yaxınlaşıb uzaqlaşır. Beli üstündə yerdə uzanır və ya yuvarlanır.
Oyun oynamaq istəyəndə ən çox etdiyi hərəkət isə, sinəsini yerə qoyub uzanmağı sonra gözlərinizin içinə baxıb quyruğunu bulamasıdır.
Diqqətli və həyəcanlıdır...
Diqqət və həyəcan içində olan it qulaqlarını dik saxlayır və səs gələn tərəfə çevrilib səsin hardan gəldiyini tapmağa çalışır. Quyruğunu normal vəziyyətindən biraz yuxarı qaldırıb çox yavaş formada tərpədir. Hərəkətsiz durur, önə doğru gərilir. Ağzı açıq vəziyyətdə baxır. Əgər heç az da olsun tanımadığı bir şey hiss edirsə onda ağzını bağlı saxlayır.
Qorxur...
İt qorxanda qulaqlarını tamamilə geriyə yatızdırır. Quyruğunu ayaqlarının arasına sıxıb saxlayır və çənəsini möhkəm sıxıb ağzını örtür
Sayt hazırlıq mərhələsindədir. Gələcəkdə baş çəkməyi və fikirlərinizi bizimlə bölüşməyi unutmayın.
|