Ev Heyvani - İtlər
   
Heyvanlar
  Əsas Səhifə
  İtlər
  => İt cinsləri
  => İtinizi tanıyın
  => İtlər - praktiki məlumatlar
  => İtlərin tarixçəsi
  Pişiklər
  Quşlar
  Balıqlar
  Heyvan adları
  Şəkillər
  Videolar
  Forum
  Sorğu
  Zoo Mağaza
  Əlaqə

Sayt hazırlanır. İzləməyi unutmayın.

|Əsas Səhifə| |İtlər| |Pişiklər| |Quşlar| |Balıqlar|

|Heyvan adları| |Şəkillər| |Videolar| |Forum| |Sorğu| |ZooMağaza| |Əlaqə|






Evdə bəsləmək üçün küçük gətirmisiz? Və ya gətirmək fikrindəsiz?...
 
 Seçdiyiniz küçüyü evə gətirməzdən əvvəl onun qalacağı yeri hazırlanmalı və lazım olan ehtiyacları alınmalıdır. Bu ehtiyacların ən əhəmiyyətlisi balanı içinə qoymaq üçün olan metal qəfəsdir. Qəfəs onun evinizin şəraitinə öyrəşməyi və ona nəzarət edə bilməyiniz üçün son dərəcə əhəmiyyətlidir.
 
 
 

          Qəfəsi qoyacağınız yer
  • Balanın rahat yata biləcəyi və narahat edilməyəcəyi bir yer olmalıdır.
  • Elektrik kabelləri, kimyəvi, zəhərli maddələr, kəsici alətlər, asanca açıla bilən qırıla bilən cisimlərdən uzaq olmalıdır.
  • Kifayət qədər işiqlandırılmış ventilyasiyası olan, günəş işığının düşdüyü, çox isti olmayan və lazım olanda asanca təmizləyə biləcəyiniz bir yer olmalıdır.
  • Üstündə qıvrılıb yatmağı üçün, qəfəsin bir küncündə yumuşaq parça, döşəkcə və ya asanlıqla təmizləyə biləcəyiniz bir vasitə qoyulmalıdır.
  • Və bir neçə reyzin oyuncaq qoymağınız məsləhətdir.
   Balanı digər qardaş bacılarından ayırıb evə gətirmək üçün ən yaxşı vaxt səhər vaxtıdır. Belə olduqda günün böyük hissəsini sizinlə və ailə üzvlərinizlə keçirəcək, ilk yeməyini sizin əlinizdən yeyəcək. Gecəyə qədər yeni yerinə biraz çox öyrəşmiş olacaq və ilk gecəni nisbətən daha rahat yatacaq. 


İtinizin sağlam olduğunu necə biləcəksiz?
Sağlam, normal bir itin fiziki göstəriciləri necə olmalıdır?
 



Sağlam itin nəbzi, tənəffüsü, doğum müddəti, diş quruluşu və s. kimi ümumi xüsusiyyətləri.
 

 Bədən temperaturu  38-39 'C
 Nəbz sayı  dəqiqədə 60-160 (itlər), 200-200  (küçüklər)
 Diş sayı  42 (itlər)
 Küçüklərdə ilk süd  dişinin çıxması  4-5 həftəlik
 Diş dəyişmə yaşı  4 aylıq (irqlərə görə dəyişə bilər)
 Diş dəyişmə müddəti  2 ay
 Əsəbilik  hər 6 aydan bir 21 gün
 Yetginliyə çatma  7-12 ay
 Cütləşmək üçün  uyğun yaş  18 aylıq
 Hamiləlik müddəti  təxminən 60 gün
 Doğulan küçük sayı  1-14
 Gözlər  parlaq
 Ağız və dil  çəhrayı rəngdə
 Burun  nəmli
 Kalori ehtiyacı  kiçik irqlərdə gündəlik (2-10 kq)  200-750 kcal,
 orta boylu irqlərdə gündəlik (11-  25kq) 800-1500 kcal
 böyük irqlərdə (26-40 kq) 1600-  2100 kcal
 Tük dəyişmə  ildə 2 dəfə
   
 
 Əgər yuxarıdakı göstəricilərlə itiniz arasında ciddi uyğunsuzluq varsa mütləq baytara müraciət etməlisiz.

 
   
Copyright © Bütün hüquqları qorunur. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free